“İpoteka kağızı”nın forması dəyişdi - QƏRAR
Nazirlər Kabineti “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli və “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarlarında dəyişikliklər edib.
“BI” xəbər verir ki, qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərar “İpoteka haqqında” qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli qanununun tətbiqi və “İpoteka haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 iyun tarixli 252 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 dekabr tarixli 379 nömrəli fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə imzalanıb.
Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 682; 2002, № 3, maddə 145; 2003, № 6, maddə 342; 2005, № 8, maddə 782; 2006, № 10, maddə 903; 2008, № 2, maddə 106; 2010, № 3, maddə 264, № 12, maddə 1123; 2014, № 10, maddə 1315; 2016, № 9, maddə 1585; 2017, № 12 (II kitab), maddə 2544; 2018, № 12 (II kitab), maddə 2735; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 yanvar tarixli 25 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci hissəsinin “a)” abzasına “ipoteka kağızının əsli” sözlərindən sonra “və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış” sözləri əlavə edilib.
Eyni zamanda Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233; 2016, № 8, maddə 1434, № 10, maddə 1718; 2017, № 2, maddə 317, № 5, maddə 993, № 10, maddə 1927, № 12 (II kitab), maddələr 2485, 2540; 2018, № 4, maddə 790, № 8, maddə 1803, № 10, maddə 2167) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 6.1.12-ci yarımbəndində “ipoteka kağızı verildikdə” sözləri “ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə rəsmiləşdirildikdə” sözləri ilə əvəz edilib.
Bundan başqa, Nazirlər Kabineti “İpoteka kağızı”nın formasının təsdiq edilməsi barədə” 2005-ci il 5 sentyabr tarixli 165 nömrəli qərarında dəyişikliklər edib.
Qərar “İpoteka haqqında” qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli qanununun tətbiqi və “İpoteka haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 iyun tarixli 252 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 dekabr tarixli 379 nömrəli fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə imzalanıb.
Qərara əsasən, “İpoteka kağızı”nın formasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2005-ci il 5 sentyabr tarixli 165 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 856) aşağıdakı dəyişikliklər edilib:
1.1. preambulada “2-ci” sözü “2.2-ci” sözləri ilə əvəz edilsin; 1.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin: “1-1. Bu Qərar daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına şamil edilmir.”.
2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-1-ci maddəsində nəzərdə tutulan elektron sistem fəaliyyətə başlayana qədər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının forması bu Qərar qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005- ci il 5 sentyabr tarixli 165 nömrəli Qərarı ilə müəyyən edilmiş “İpoteka kağızı”nın formasına uyğun tərtib olunur.