"Apple"dən etiraf: Bacarmadıq, ləğv etdik!
"Apple" şirkəti 2017-ci ildə "Airpower" cihazını ictimaiyyətə elan etmişdi. Bu cihaz eyni anda bir neçə "Apple" cihazının kabelsiz enerji yığması üçün hazırlanmışdı.
Eləcə də bax: "Azercell" bu xidmət haqqını 60% artırır
Ancaq şirkətin mühəndisləri cihazın səthinin artıq qızması problemini həll etməyi bacarmadıqları üçün layihədən imtina ediblər
"BI" xəbər verir ki, Şirkətdən verilən açıqlamada "Sərf edilmiş böyük səydən sonra, "Airpower"ı yüksək standartlarımıza çatdırmağı bacarmadıq və layihəni ləğv etdik" deyilir.
"Apple" bu açıqlamadan əlavə təfərrüat verməyib.