Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni üzvlər seçilib
28.03.2019-cu il tarixində Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının(MŞ) növbəti iclası keçirilmişdir.
MDM-in yaydığı məlumatda bildirilir ki, iclasın gündəliyində duran əsas məsələ MŞ-nın tərkibində dəyişikliklərin edilməsi idi. Belə ki, MDM-in üzvü olan “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Kalayev Tələt Əli oğlu MŞ-nın üzvü, Əmanətlərin Sığortalanması Fondunun Maliyyə direktoru Məmmədov Orxan Ələkbər oğlu MŞ-nın müstəqil üzvü seçiliblər.
Qeyd edək ki, MDM-in MŞ-sı beş nəfərdən ibarətdir və onun tərkibinə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, MDM-in üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.