"Dəmirbank"dakı problemli kreditlərlə bağlı - PALATADAN AÇIQLAMA
““Dəmirbank”ın problemli kreditlər üzrə müştəriləri narahat olmaya bilərlər. Bütün siyahı artıq sistemə yüklənib”.
Bu sözləri "Businessinsider.az"ın bununla bağlı sorğusuna cavab olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev bildirib.
Eləcə də bax: Azərbaycan bankları 1 saniyədə 9 manat xalis mənfəət əldə edir
Onun sözlərinə görə, “Dəmirbank”ın hesabatları var və bu hesabatlar sistemə yüklənib. Sadəcə olaraq, Dəmirbankın özündə vahid “Core Banking” olmayıb. Ona görə də məhz proqramla bağlı yüklənmələr müxtəlif zamanları əhatə edib. Ancaq indi hamısı pk.fimsa.az portalında var.
““DəmirBank”ın üç “Core Banking”i olduğu üçün digər məlumatlarla müqayisədə gec yüklənib. Artıq bütün siyahı var və istifadə zamanı texniki problem yaransa, xahiş edirik ki, narahat olmasınlar. Proqram yeniləndikcə bu məlumatlar hamısı görünəcək”.
Eləcə də bax: Azərbaycanda bank sahibləri kimlərdir: payını satanlar və ya “əldəyişməsi” edənlər – CƏDVƏL
Qeyd edək ki, hazırda ləğvetmədə olan “Dəmirbank”da problemli krediti olanlar adlarını siyahıda tapa bilmədiklərindən şikayətlənirlər. Səbəb kimi onlar “biz deyirlər ki, bu bank hesabatı Palataya verməyib, ona görə də sistemə yerləşdirilməyib”, deyə yazırlar.
Eləcə də bax: "Heç bir bank məcburi şəkildə vətəndaşa dollarla kredit verə bilməz"