Bu məhkəmə sədrinin maaşı parlament sədrinin maaşına bərabər oldu
Parlamentin bu gün keçirilən plenar iclasında “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
“BI” xəbər verir ki, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, dəyişiklik Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur.
Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilməsi təklif edilir.
Yəni qeyd olunur ki, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir.
Qeyd edək ki, mövcud bənddə göstərilir ki, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır.
Qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.