"Diqlas" ticarət mərkəzi yenidən tikiləcək? - NAZİRDƏN AÇIQLAMA
İqtisadiyyat naziri Şahin Mustafayev "Diqlas" ticarət mərkəzi yenidən tikilməsi məsələsinə münasibət bildirib.
"Businessinsider.az"ın məlumatına görə, nazir urnalistlərə açıqlamasında bildirib ki, "Diqlas" ticarət mərkəzi tamamilə özəldir:" Bu məsələ dövlətin ixtiyarında deyil. Onların sahiblərinin qərarlarından asılıdır".
"Ticarət mərkəzinin tikilməsi məsələsi ayrıca müzakirə oluna bilər" - deyə Şahin Mustafayev qeyd edib.