Azərbaycanlılar videooyunlara 85 milyon dollar xərcləyiblər
Azərbaycan videooyun bazarının həcmi üzrə dünya ölkələri reytinqində 61-ci yeri tutub.
"BI" xəbər verir ki, bunu "Newzoo" analitik şirkətinin məlumatları təsdiqləyir.
Məlumatlara əsasən, 8 milyon nəfəri internetdən fəal şəkildə istifadə edən Azərbaycan əhalisi 2018-ci ildə videooyun bazarında ümumilikdə 85 milyon dollar xərcləyib.
2018-ci il üzrə reytinqin ilk üç pilləsində Çin (34,4 milyard dollar), ABŞ(31,535 milyard dollar) və Yaponiya (17,715 milyard dollar) qərarlaşıb.
Rusiya (1,657 milyard dollar) sıralamada 11-ci, Türkiyə (853 milyon dollar) 18-ci, İran (487 milyon dollar) 26-cı,Ermənistan (24 milyon dollar) isə 95-ci yeri tutub.
Gürcüstan 20 milyon dollarlıq göstərici ilə "top-100"lüyü tamamlayır.