Sosial iqtisadiyyat

"Diqlas"da malı yanan sahibkarların sayı məlum oldu

Bu gün saat 10.30-da Azərbaycan İqtisadiyyat naziri Şahin Məmmədov “Diqlas”dakı yanğınla bağlı sahibkarları qəbul edəcək.

"BI" xəbər verir ki, görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin binasında olacaq.

Əldə etdiyimiz məlumata görə, “Diqlas” yanğınından 400-dən çox sahibkar ziyan çəkib. Həmin sahibkarlar üç gün ərzində mərhələli şəkildə nazirin qəbulunda olacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department