İtaliya əhalisinə oğruları öldürməyə icazə verilib
İtaliya parlamentinin Senatı oğrulardan özünümüdafiəni asanlaşdıran qanun qəbul edib.
"BI"nin TASS-a istinadən yaydığı xəbərinə görə, qanun layihəsi səslərin böyük üstünlüyü ilə qəbul olunub.
Sənəddə evə basqın etmiş oğrulara qarşı silahdan istifadə edən vətəndaşlara bəraət qazandırmaq nəzərdə tutulub.
İtalya daxili işlər naziri Matteo Salvinin fikrincə, qanun vicdanlı vətəndaşlara öz hüquqlarını qorumaqda kömək edəcək.