ENA+

Villasını satışa çıxardı - Cəmi 66 dollara - FOTO

İngiltərəli Ceyms Abbott adlı şəxs İtaliyanın Abruzzo bölgəsində göl kənarındakı villasını satmaq üçün maraqlı üsula əl atıb.

BI” xəbər verir ki, o, öncə villasını 282 min dollara satmaq istəsə də, buna nail ola bilməyib.

Abbott bundan sonra villanı lotoreya ilə satmaq qərarına gəlib. Belə ki, qiyməti 66 dollar olan 6 min ədəd lotoreya bileti çıxarıb və internetdə elan verib. Qısa zaman ərzində isə bütün biletlər alınıb və nəzərdə tutduğundan da daha çox (396 min dollar) qazanıb.

Məlumata görə, evin şanslı sahibi oktyabrda baş tutacaq lotoreya çəkilişində bilinəcək. Ceyms ikinci yerin sahibinə isə 13 min 270 dollar verəcəyini bildirib.

 











Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)