Statuslar

Bu qədər yükə dövlət dözməz

Vətəndaşın kreditlərini dövlət qaytarır, əmanətlərini dövlət qaytarır, nəhəng bir bankın xarici borclarlarını dövlət qaytarır, iri şirkətlərini borclarını dövlət qaytarır, sahibkara dəyən ziyanı dövlət qaytarır.

Bu qədər yükə dövlət dözməz.

Bu qədər nəhəng yük dövlətin üzərində qalırsa, demək ki, sistem çalışmır - bank sistemi riskləri hesablaya bilmir, sığorta sistemi riskləri sığortalaya bilmir, yanğın təhlükəsziliyi öz sahəsinə aid riskləri görə bilmir, vergi sistemi şəffaf dövriyyə yarada bimir ki, sığorta mexanizmləri riskləri sığortalamağa çətinlik çəkə bilməsin.

 

Eləcə də bax: Prezidentdən “Diqlas”dakı yanğınla bağlı - TAPŞIRIQ

 

Bu qədər "sistem" sözü, sistem qüsuru olan yerdə fərdlərdə günah axtarmaq havaya vaxt itkisidir. 

Sistem islahatlarına ehtiyac var. Kabinetlərdə qəbul edilən qərarlara deyil, ortaq ağla söykənən, cəmiyyətin bütün kəsimlərinin prosesdə iştirakına zəmanət verən, onların rəyini və ehtiyaclarını nəzərə alan mexanizmin çalışmasına ehtiyac var. 

Əks halda heç bir dövlət bu qədər yükə tab gətirməz.

Təsəvvür edirsinizmi, sistem düzgün çalışsaydı, dövlət bu qədər izafi və gərəksiz yükə məruz qalmasaydı, həmin vəsaitlər insanların sağlamlığına, təhsilinə, elmə, iqtisadiyyatda yüksək texnologiyaların tətbiqinə, ölkənin ekologiyasına sərf edilsə idi, cəmiyyətimizin nələr qazanardı.

Bizim vəziyyətimiz indi təxminən belədir: ata (bizim reallıqda neft) nəhəng pullar qazanır, amma övlad bu pulları dəbdəbəli mənzillərə, avtomobilə xərcləyir. Amma onları da ya yandırır, ya da daşa-divara çırpıb yenilərini alır.

Bu status insanlara çətin vəziyyətdə əl uzatmağın əleyhinə deyil.

Sadəcə dövlətin səmərəsiz çalışmasından doğan narahatlığı ifadə edir.

 

Rövşən Ağayev
Ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department