Sığorta

"Qala Həyat Sığorta"nın aktivləri azalıb - HESABAT

“Qala Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 37 milyon 723 min manat təşkil edib.

Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,1% azdır.

2018-ci ildə “Qala Həyat Sığorta”nın cəmi öhdəlikləri 14,6% azalaraq 17 milyon 27 min manata düşüb, cəmi kapitalı isə 8,9% artaraq 20 milyon 696 min manata çatıb.

Ötən il “Qala Həyat Sığorta”nın gəlirləri 23 milyon 232 min manat (əvvəlki ilə nisbətən 22,4% az), xərcləri 21 milyon 159 min manat (25,2% az), mənfəət vergisi ödəmələri isə 384 min manat (8,4% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 1 milyon 689 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 31% çoxdur.

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,87 milyon manatdır. Şirkətin səhmlərinin 91,11%-i “AzRe Təkrarsığorta ASC-yə (“Qala Sığorta” ASC-nin 100%-lik, “Azər-Türk Bank” ASC-nin 6,55%-lik səhmdarı), 8,89%-i isə “Quna" MMC-yə məxsusdur. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)