Azərbaycanda bank sahibləri kimlərdir: payını satanlar və ya “əldəyişməsi” edənlər – CƏDVƏL
Devalvasiyadan sonra Azərbaycandakı bankların səhmdarları arasında ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklərin bir qismi yalnız “əldəyişməsi” xarakterli olsa da, bir qismi səhmdarların bazardan getməsi ilə nəticələnib.
"Businessinsider.az" bu dəyişiklikləri analiz edərək, maliyyə böhranından əvvəl – 2014-cü il və maliyyə böhranından sonra - 2019-cu ilin əvvəli üzrə bankların səhmdar tərkiblərini oxucularına təqdim edir.
Cədvələ nəzər salsaq, Azərbaycanda fəaliyyət göstərən bankların arasında səs-küysüz səhm satışı ilk olaraq “VTB-Azərbaycan”ASC-də qeydə alındı. “AtaHoldinq” bu bankdakı payını sataraq həm borclarını bağladı, həm də səhmdar dividendini götürdü. Nəticədə “VTB-Azərbaycan” sırf Rusiya kapitallı banka çevrildi.
Bundan başqa, sabiq vergilər naziri Fazil Məmmədovun vəzifəsindən uzaqlaşması ilə onun himayəsində olan “AtaHoldinq” ilə bağlı planları dəyişdi. “Atabank”ın Fazil Məmmədovda qalması qərara alındı və ona görə də keçmiş nazirə məxsus “Synercy Qrup” “AtaHoldinq”in yerinə bankın əsas səmdarı oldu.
“Gilan Holdinq”in bankı kimi tanınan “AFB Bank”ın yeni səhmdarı Hikmət İsmayılovun holdinqin bütün səhmlərinə sahib çıxması isə bank sektorunda yalnız “əldəyişməsi” kimi qəbul edilir.
Eləcə də bax: Azərbaycan bankları 1 saniyədə 9 manat xalis mənfəət əldə edir
AG Bank isə səhm emissiyası etsə də yeni səhmdar tapması hələ də mümkün olmayıb. Dövlət bankları arasında səhmdar dəyişməsi Azər-Türk Bankda qeydə alınıb. “Turan Bank” və “Aqrar Kredit” bank olmayan kredit təşkilatı bu bankdakı 50% səhmini yeni səhmdarlara - Əmlak Məsələləri Dövlət Komitəsi, AZRE Təkrarsığorta Şirkəti, “Qala Həyat” Sığorta Şirkətinə ötürüb.
“Bank Avrasiya”nın səhmdarları arasında “Tayning Global İnk” səhmlərini “PMD Group”a verib.
“Bank of Baku”nun səhmdarları arasından isə Rafiq Əliyevin yerinə payçı kimi Hikmət İsmayılov tanınıb. Qeyd edək ki, bu şəxs həm də AFB-nin tam səhm paketinə sahibdir. Bu isə bir daha AFB-nin səhmlərinin yalnız “əldəyişməsi” olduğunu göstərir.
Eləcə də bax: "Heç bir bank məcburi şəkildə vətəndaşa dollarla kredit verə bilməz"
“Expressbank”ın yeni səhmdarlarının arasında isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti diqqəti çəkir. Bu bankdakı digər dəyişikliklər cədvəldə öz əksini tapıb.
№ |
Bankın adı |
Səhmdarlar, 01.03.2019 |
Səhmdarlar, 04.06.2014 |
1 |
AccessBank |
19.90% - Asiya İnkişaf Bankı; 17.39% - Avropa İnvestisiya Bankı; 16.56% - Beynəlxalq Maliyyə Korporasiyası;
2.91% - responsAbility SICAV (Lux) 7.11% - responsAbility Management Company S.A. - 9.41% - Hollandiya İnkişaf Bankı (FMO); 9.17% - Avstriya İnkişaf Bankı; 8.89% - SIFEM AG; 2.78% - EFSE; 2.27% - Symbiotics SICAV (Lux.); 1.77% - GGF; 1.27% - LFS Advisory GmbH; 0.58% - Qara Dəniz Ticarət və İnkişaf Bankı;
|
20,00% - Qara Dəniz Ticarət və İnkişaf Bankı |
2 |
AFB Bank |
99,6406% - Hikmət İsmayılov |
99,5% - Gilan MMC 0,26% - Muradov Cəmil Tahir oğlu |
3 |
AG Bank |
Çingiz Əsədullayev |
Çingiz Əsədullayev |
4 |
Amrah bank |
53,16% - Yunis İldırımzadə |
51% - Fiziki şəxslər (İldırımzadələr) 49% - Bəhreyn Beynəlxalq İnvestisya Bankı |
5 |
AtaBank |
86,00% - Synergy Group |
24% - Fiziki şəxslər 76% - ATA Holding
|
6 |
Azərbaycan Beynəlxalq Bankı |
91,40% - Maliyyə Nazirliyi |
91,40% - Maliyyə Nazirliyi |
7 |
Azərbaycan Sənaye Bankı |
98,4252% - Anadolu Investment Company |
94% - Anadolu Investment Company 5% - Azərbaycan Sənaye Sığorta ASC 1% - Azərbaycan Sənaye Lizinq MMC |
8 |
Azər-Türk Bank |
75,00% Əmlak Məsələləri Dövlət Komitəsi 12,37% - Ziraat Bank Türkiyə |
4% Turan Bank 4% Ziraat Bank İnternational (Almaniya) 46% - Ziraat Bank 46% - Aqrar Kredit
|
9 |
Bank Avrasiya |
37,50% - Euro Standard Şirkəti |
25,00% - Azbizneskom Şirkəti 38% - Tayning Global İnk 37% - Euro Standard Şirkəti |
10 |
Bank BTB |
74,99% - Nigar Mehdiyeva |
74,99% - Nigar Mehdiyeva 10% - Əliyev Cəfər Tofiq oğlu |
11 |
Bank of Baku |
35,00% - NAB Holding (Türkiyə) |
10% - Azinvest MMC 11% - Rafiq Əliyev 29% - “Azpetrol Neft Şirkəti” 10% - Elçin İsayev 40% - NAB Holding (Türkiyə) |
12 |
Bank Respublika |
49,4044% - Natiq Quliyev |
8% - Sparkassen İnternational Development Trust Şirkəti (Almaniya) 17%- DEG İnvestisiya və İnkişaf Korporasiyası (Almaniya) 75% yerli səhmdarlar
|
13 |
Bank VTB Azərbaycan |
99,999995% - BankVTB (Rusiya) |
0,000005% - Adıgözəl Ağayev 49% - ATAHolding 51% BankVTB (Rusiya) |
14 |
Expressbank |
40,00% - Azenco Group |
17,69% - Enerqoservis Şirkəti 42% - ADOR MMC |
15 |
Günay Bank |
50,81% - Mahmud Məmmədov |
50,81% - Mahmud Məmmədov |
16 |
Kapital bank |
99,86% - PAŞA Holding |
100% - PAŞA Holding |
17 |
Muğan Bank |
63,50% - Elmir Mehdiyev |
11,35% - Fəridə Mehdiyeva 12,05% - Vəfa Vəliyeva 13,10% - Maqbet Mehdiyev 63,50% - Elmir Mehdiyev |
18 |
Naxçıvan Bank |
100%- 4 Fiziki şəxs |
100%-3 fiziki şəxs |
19 |
NBC Bank |
65,91% - Nuru Əliyev |
14% hüquqi şəxslər 86% Fiziki şəxslər |
20 |
Nikoil Bank |
95,68% - Topaz İnvestmenst Şirkəti |
56% - Topaz İnvestmenst Şirkəti 9% - Uralsib-İnvest MMC 1% - İSR Holding MMC |
21 |
Xalq Bank |
50,00% - İdeal Business CO. Şirkəti |
16% - Avanqard-1 MMC 34%- Euro Standard MMC 50,00% - İdeal Business CO. Şirkəti |
22 |
İran Milli Bankı Bakı filialı |
100,00% - İran Milli Bankı (Bank Melli İran) |
100,00% - İran Milli Bankı (Bank Melli İran) |
23 |
Pakistan Milli Bankı Bakı filialı |
100% - Pakistan Milli Bankı
|
100% - Pakistan Milli Bankı
|
24 |
PAŞA Bank |
60,00% - PAŞA Holdinq |
10,00% - Arif Paşayev 30,00% - ADOR Şirkəti 60,00% - PAŞA Holdinq |
25 |
Premium Bank |
84,5% - Zərifə Həmzəyeva |
16% fizki şəxslər 84% - SilkWay Holding
|
26 |
Turan Bank |
71,60% - 21 Fiziki şəxs |
71,60% - 21 Fiziki şəxs 28,40% - 6 Hüquqi şəxs |
27 |
Rabitəbank |
32,53% - Seyran Nuriyev 22,73% - Aslan Xasayev 13.14% - Zakir Nuriyev 10.43% - Dilarə Nuriyeva 9.80% - Rauf Əliyev 9.50% - Validə Abasova 1.70% - Yaşar Qurbanov 0.70% - digərləri |
38% - Zakir Nuriyev 16% - Seyran Nuriyev 22% - Aslan Qasıyev 24% - Dilarə Nuriyeva
|
28 |
Unibank |
44,5% - Avropa Yenidənqurma və İnkişaf Bankı |
8% - Almaniya İnvestisiya şirkəti 15% - Avropa Yenidənqurma və İnkişaf Bankı 6% - Minoritar səhmdarlar 6% - Zemfira Cəfərova 65% - Eldar Qəribov
|
29 |
YapıKredi Bank Azərbaycan |
99,98% - YapıKrediBank (Türkiyə) |
|
30 |
Ziraat Bank Azərbaycan |
99,98% - Ziraat Bank (Türkiyə) |
|