Daha bir “Boeing 737 MAX” təyyarəsi təcili eniş edib
ABŞ-da “Boeing 737 MAX” təyyarəsi təcili eniş edib.
RİA Novosti xəbər verir ki, ölkənin Mülki Aviasiya İdarəsinin məlumatına görə, hadisə Floridada, Orlando hava limanında qeydə alınıb. Southwest Airlines şirkətinə məxsus hava gəmisi boş olub və anqardan çıxarılaraq test uçuşu keçirilərkən problem yaranıb.
Hadisəyə səbəb təyyarənin mühərrikində yaranmış problem olub.
Xatırladaq ki, martın 10-da “Ethiopian Airlines” şirkətinə məxsus “Boeing 737” hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub.