Ərdoğan danışdı – TÜRKİYƏDƏ DOLLAR BAHALAŞDI – SON MƏZƏNNƏ
Bu gün Türkiyədə dollar sürətlə bahalaşıb.
"Businessinsider.az" xəbər verir ki, günə 5,46 lirə məzənnəsi ilə başlayan ABŞ valyutası günortadan snra 5,60-i keçib. Bu oktyabr ayından indiyədək dolların Türkiyədə ən yüksək məzənnəsidir.
Eləcə də bax: Xidməti müqavilə ilə işləyənlərə pis xəbər - ÖDƏNİŞLƏR RƏSMİ MAAŞDAKI KİMİ OLACAQ
Dolların bahalaşmasına Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Konya şəhərində mitinqdə verdiyi açıqlamalar səbəb olub.
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin işğalı altındakı Suriya torpağı olan Qolan təpələri ilə bağlı Tvitterdə status paylaşaraq 52 ildən sonra təpələr üzərində İsrailin tam hakimiyyətini tanımağın vaxtının çatdığını bildirib.
Trampın tvitinə bu gün Türkiyə prezidenti Ərdoğan cavab verib. Türkiyə prezidenti Trampın səhvə yol verdiyini bildirib: «Qolan təpələri ilə bağlı BBMT-nin qərarları var. İsrailin bu ərazi üzərində hökmü yoxdur. Burada deyirəm, sona qədər Qolan təpələrinin təqibçis olacağıq.
Ərdoğanın bu bəyanatından sonra Türkiyə ilə ABŞ-arasında növbəti qarşıdurma yaranacağı ehtimalı ilə lirə yenidən dollar qarşısında zəifləyib.