Xidməti müqavilə ilə işləyənlərə pis xəbər - ÖDƏNİŞLƏR RƏSMİ MAAŞDAKI KİMİ OLACAQ
Azərbaycanda özəl sektorda çalışanların geniş istifadə etdiyi mülki-hüquqi müqavilə – xidməti müqavilə işləyənlər yenilik gözləyir.
"BI" xəbər verir ki, hazırda ödkə qanunvericiliyinə – Əmək və İnzibati Xətalar Məcəllələrinə edilən dəyişiklikyə əsasən, xidməti müqavilə ilə işləyənlər də vergi və sosial ödənişləri əmək müqaviləsində olduğu kimi ödəyəcəklər.
Xidməti müqavilələrlə bağlı gözlənilən yeniliklərin detallarını Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlayıb. Onun sözlərinə görə, hazırda nazirliyin qarşısında duran əsas məsələlərdən biri qeyri-formal məşğulluğu azaltmaq və məşğul əhali arasında muzdlu işləyənlərin sayını artırmaqdır. Bu sahədə görüləcək işlərdən biri ölkədə özəl sektorun geniş istifadə etdiyi xidməti müqavilələrlə bağlıdır: «Bununla bağlı dəyişiklik hazırlanır. Nazirlik bu məsələ ilə bağlı təkliflərini verib. Dəyişikliklər həm Əmək Məcəlləsi, həm də İnzibati Xətalar Məcəlləsinə ediləcək».
Yeniliyin əsas məğzi ondan ibarətdir ki, xidməti müqavilə ilə çalışanlar və onların sifarişçiləri arasında əmək münasibətləri yaranacaq: «Müqavilənin adından və formasından asılı olmayaraq orada əmək münasibətləri nəzərdə tutulursa, ora əmək qaydaları tətbiq olunacaq. Çünki özəl sektorda bəziləri məhz vergilən və sosial sığorta ödənişindən yayınmaq üçün xidməti və ya mülki müqavilədən istifadə edirdilər. Artıq biz onun fəaliyyət dairəsini azaltmalıyıq ki, onlar əmək müqavilələrin gəlsinlər» deyə nazir yeniliyin detallarını və hədəflərini açıqlayıb.
S.Babayev bildirib ki, bu yenilik işləyənlərin gələcək sosial müdafiəsini təşkil etmək üçün nəzərdə tutulur: «İnsanlar başa düşməlidir ki, sosial ödənişlərdən kəsilən hər qəpik sosial sığorta sonda onların pensiyasından kəsilir. Onların ödədiyi hər bir qəpik isə pensiyaya çıxandan sonra 3-4 dəfə artımla onlara qayıdır. İnsanlar özlərini bundan məhrum etdikdən sonra gələcəkdə pensiyalarla bağlı ciddi ətinlikləri olacaq».
Əmək və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər artıq təqdim edilib. Nazirlər Kabineti nəzdində yaradılmış qeyri-formal məşğulluğa qarşı komissiya (baş nazirin müavini Əli Əhmədov sədrlik edir) çərçivəsində bu dəyişikliklərin layihəsi bütün qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub. Yaxın vaxtlarda bu layihənin parlamentə göndəriləcəyi gözlənilir.