Yeni körpü Rusiya ilə Çini birləşdirib
Rusiya Amur çayı üzərindən Çinə gedən dəmiryolu körpüsündə mühəndis işlərini tamamlayıb.
"BI"nin RİA Novosti-yə istinadən yaydığı xəbərinə görə, beləliklə iki tərəfdən tikilən körpü çay üzərində birləşdirilib.
Körpünün ümumi tikintisi iyul ayında tamamlanacaq və artıq bu il ərzində qatarların yeni xətlə hərəkəti gözlənilir.
Nijneleninskoye-Tundzan – Rusiya ilə Çin arasında inşa olunan ilk dəmiryolu körpüsü olacaq.