"Pekinlə danışıqlar müsbət istiqamətdə irəliləyir"
Amerika Birləşmiş Ştatları ilə Çin hökuməti arasında ticarət əlaqələrinə dair danışıqlar gələn həftə yenidən bərpa olunacaq.
"Businessinsider.az"ın məlumatına görə, danışıqların nəticəsindən asılı olaraq iki ölkə arasında davam edən “ticarət müharibəsi” başa çata, tərəflər aprelin sonunda müqavilə imzalaya bilər. Ağ Ev lideri Donald Tramp rəsmi Pekinlə danışıqların müsbət istiqamətdə irəlilədiyini bildirib.
Rəsmi Vaşqinton Çin hökumətini Birləşmiş Ştatlara məxsus əqli mülkiyyəti oğurlamaqda ittiham edir və Pekindən iqtisadi siyasətini dəyişməsini tələb edib. Bundan başqa, Çinlə ticarət defisitinin aradan qaldırılması üçün Çinin Amerika Bİrləşmiş Ştatlarından daha çox məhsul alması tələb olunur.
Qeyd edək ki, hazırda Amerika hökuməti Çinin 250 milyard dollarlıq məhsulu üzərində əlavə tarif müəyyən edib. Çin isə bunun qarşılığında Amerikanın 110 milyard dollarlıq məhsulundan əlavə tarif alır.