BİZNES

Vergilər Nazirliyi "Veysəloğlu"na maliyyə sanksiyası qoydu - 2 MİLYON

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən "Veysəloğlu" Şirkətlər Qrupuna aid olan ona yaxın şirkətlərində audit yoxlamaları həyata keçirilib. 

"BI" xəbər verir ki, yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxıb. 

 

Eləcə də bax: Azərbaycanda yeni holdinq yaradılır

 

Araşdırmalar zamanı məlum olub ki, Veysəloğlu Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə özünün iqtisadi fəaliyyətini həyata keçirib. Yəni, Veysəloğlu Şirkətlər Qrupu məhsullarını satış məqəsdilə sözügedən vergi ödəyiciləri vasitəsilə satışa çıxarırmış. Bu zaman həmin vergi ödəyicilərinin Veysəloğlu Şirkətlər Qrupunun himayəsi altında külli miqdarda vergidən yayınması məlum olub. 

Bu şirkətlər vasitəsilə Veysəloğlu külli miqdarda vəsaitin dövlət büdcəsindən yayındırıb. Departament “Veysəloğlu”na 2 milyon manat həcmində cərimə yazıb.

Qeyd edək ki, Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsindən sonra Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması məqsədilə vergi yoxlamalarının sayı artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department