Sosial

Dövlət Proqramı ilə 155 tələbə dünyanın TOP-10 ali təhsil müəssisəsinə düşdü

2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində təhsil alacaq tələbələrdən 155-i dünyanın ilk 10 universitetində təhsil alacaq.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında bildirib ki, digər tələbələrin qəbul olunduqları proqramlar da dünya üzrə ən rəqabətli proqramlar sırasındadır:

"Onların bu proqramlara qəbul olunması göstərir ki, Azərbaycanda həm ümumi təhsil, həm də ali təhsil səviyyəsində gənclərin hazırlığı istiqamətində ciddi iş görülüb. Bu hazırlıq sayəsində onlar xaricdə təhsillərini heç bir çətinlik çəkmədən davam etdirə bilirlər. Xüsusilə beynəlxalq olimpiada qaliblərinin və lisey məzunlarının xarici universitetlərdə müsbət imici formalaşıb. Bu da onların qabaqcıl universitetlərə və ən rəqabətli təhsil proqramlarına qəbulunu asanlaşdırır və hər kəs üçün qürur mənbəyidir".

Nazir müavini qeyd edib ki, dövlət proqramı çərçivəsində artıq 2 000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb:

"Bu, ilk növbədə, dövlətin gənclərə olan inamının təzahürüdür. Eyni zamanda Azərbaycan gənclərinin böyük potensiala və imkanlara malik olduğunun göstəricisidir. Hesab edirik ki, xaricdə təhsil alan bu gənclər ölkəyə qayıtdıqdan sonra Azərbaycanın inkişafına mühüm töhfə verəcəklər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)