Gündəm

İran 6 gəminin Hörmüzdən keçidinin qarşısını alıb

İran hakimiyyəti 6 gəminin "qeyri-rəsmi və təhlükəli" marşrutla Hörmüz boğazından keçməsi cəhdinin qarşısını alıb.

ENA.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın IRIB dövlət telekanalı məlumat yayıb.

Məlumata görə, gəmilər Hörmüz boğazının cənub hissəsində naviqasiya sistemləri söndürülmüş vəziyyətdə hərəkət edib. İddiaya görə, gəmilərdən biri zədələnib, qalan beşi isə geri qaytarılıb.

İran hakimiyyəti Hörmüz boğazında gəmiçilik üçün ciddi şəkildə müəyyən edilmiş dəhlizlərin yaradıldığını və digər marşrutların təhlükəli hesab olunduğunu bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)