"SpaceX" mühərrik probleminə görə "Starship"in buraxılışını son dəqiqədə ləğv edib
Amerikanın "SpaceX" şirkəti 13-cü sınaq uçuşu üçün planlaşdırılan "Starship" prototip raketinin buraxılışını son anda ləğv edib.
Məlumata görə, uçuşdan əvvəlki hazırlıqlar şirkətin "X" sosial şəbəkəsindəki hesabında canlı yayımlanıb.
Daha sonra "SpaceX"in baş direktoru İlon Mask mühərriklərin bəzi hissələrinin işə düşməməsindən sonra avtomatik buraxılışın dayandırıldığını açıqlayıb.
"Bəzi mühərriklər işə düşmədi və bu da avtomatik buraxılışın dayandırılmasına səbəb oldu. Ümid edirik ki, bir neçə gündən sonra yenidən cəhd edəcəyik", - o bildirib.
"Starship"in əvvəlki sınaq buraxılışı mayda baş tutub. Onda üçüncü nəsil V3 prototipi sıçrayışdan sonra partlayıb. "SpaceX" o vaxtdan bəri lazımi proqram təminatında dəyişikliklər etdiyini və sınaq zamanı müəyyən olunmuş problemlərin aradan qaldırıldığını bildirib.


















