"AGA Group" işçi axtarır - VAKANSİYA
“AQA Şirkətlər Qrupu” İnsan Resursları Strukturunun meneceri vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Menecer
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Demirchi Tower 37
Əmək haqqı: 1000- 1500 AZN
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil (Magistr təhsili və ya xaricdə təhsil alanlara üstünlük verilir);
• AR Əmək qanunvericiliyi bilikləri;
• İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
• İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
• MS Office proqramlarından istifadə bacarığı;
• Azərbaycan, Rus və ingilis dillərində danışma, oxuma və yazma bacarığı;
• Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi;
• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
• Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
• İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
• İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
• İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
• Vakant vəzifələr üzrə namizədlərin tapılmasını təmin etmək;
• Seçilmiş namizədlər ilə müsahibələri təşkil etmək və aparmaq;
• İşə qəbul zamanı istifadə edilən testlərin yaradılması və mütəmadi olaraq yenilənməsini təmin etmək;
• Namizədlərin rezerv bazasının formalaşdırılmasını təmin etmək;
• Namizədlərin şirkətə cəlb edilməsi məqsədilə zəruri tədbirləri görmək (müxtəlif kadr yarmarkalarında iştirak etmək, ali təhsil müəssisələri ilə işləmək və s.);
• İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
• Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
• Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
• Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
• Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
• Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
• İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
• Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə menecer” qeydi edərək recruitment@agagroup.az elektron ünvanına göndərməyinizi xahiş edirik.