Gündəm

Tramp onları özünün varisləri adlandırdı

Vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio gələcəkdə Donald Trampın ABŞ prezidenti postunda potensial varisləri ola bilərlər.

ENA.az xəbər verir ki, bu barədə president Tramp Ağ Evin Gül bağçasında polis işçiləri həftəsi münasibətilə təşkil olunan şam yeməyində danışıb.

O bildirib ki, hər iki siyasətçidən “arzu olunan komanda” alınardı. Bununla belə, Tramp bu fikri daha da inkişaf etdirməyib və əlavə təfərrüat verməyib.

“Bülleten üçün əla səslənir: Cey Di və Marko. Mükəmməl namizədlərdir. Yeri gəlmişkən, mən hesab edirəm ki, bu, arzu olunan komandadır, amma bəzi kiçik detallar var”, - deyə Tramp  bildirib.

“Politico” qəzeti aprelin 24-də xəbər vermişdi ki, Ağ Evdə Marko Rubionun 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində potensial namizəd kimi irəli sürülməsi ciddi şəkildə nəzərdən keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)