Qəza və qadağalar nəticəsində şirkətin səhmləri - KƏSKİN UCUZLAŞDI
“Boeing 737 MAX 8” markalı sərnişin təyyarəsinin qəzaya uğraması, ardınca aparıcı aviaşirkətlərin bu növ təyyarələrin istismarından imtina etməsi fonunda ABŞ-ın “Boeing” korporasiyasının bazar dəyəri sürətlə azalmaqdadır.
"BI" xəbər verir ki, ötən gün korporasiyanın səhmləri daha 24,6 ABŞ dolları və yaxud 6,15% ucuzlaşaraq 375,41 dollara düşüb.
Halbuki ötən ayın sonuna qədər səhmlər sürətlə bahalaşırdı və martın 1-də qiymət pik həddə - 440,62 dollara çatmışdı.