Dövlət istiqrazları üzrə hərrac keçirildi - NƏTİCƏSİ
2 mart 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104003741 ISIN-li, 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 92.9728 AZN (7.6208%) və 93.9124 AZN (6.5357%) olan 18 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3873 AZN (7.1394%), orta ölçülmüş qiyməti 93.4450 AZN (7.0727%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81 milyon 202 min 600 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 10 mart 2020-ci il.
Hərrac iştirakçıları 13 mart 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.