İran regiondakı bank və maliyyə qurumlarını legitim hədəf elan etdi
İran Yaxın Şərq ölkələrində fəaliyyət göstərən bəzi bankları və maliyyə qurumlarını özünün legitim hədəfləri elan edib.
ENA.az Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İranın Birləşmiş Hərbi Komandanlığı bəyanat yayıb.
Məlumata görə, qərar İsrail və ABŞ tərəfindən həyata keçirildiyi iddia olunan hava zərbələri nəticəsində Tehranda bank əməkdaşı ilə bağlı baş vermiş insidentdən sonra qəbul edilib. Bildirilir ki, mümkün cavab tədbirləri ABŞ və İsraillə əlaqəli hesab edilən maliyyə qurumları və bankları hədəf ala bilər.
“Bu qeyri-qanuni və qeyri-ənənəvi müharibə aktı ilə düşmən bizə zərbələr endirmək üçün yaşıl işıq yandırıb”, – deyə bəyanatda qeyd olunub.
Hərbi qurum həmçinin mülki əhaliyə müraciət edərək belə obyektlərin ətrafında, xüsusilə bir kilometr radiusunda olmamağa çağırıb.
















