Sənaye

Hörmüz gərginliyi artır: ABŞ-dən İrana sərt xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran Hörmüz boğazından neft axınını dayandırarsa, ABŞ İrana qarşı əvvəlki hücumlardan "20 dəfə daha sərt" cavab verəcək.

Tramp bu açıqlamanı sosial media hesabında İranın Hörmüz boğazındakı hərəkətləri ilə bağlı verib.

Prezident Tramp deyib: "Əgər İran Hörmüz boğazında neft axınını dayandırmaq üçün bir şey edərsə, indiyə qədər gördüyündən 20 dəfə daha sərt zərbə alacaq".

O qeyd edib ki, əgər İran belə bir addım atarsa, ABŞ "asanlıqla məhv edilə bilən hədəflərə" zərbə endirəcək və bunun İranın bir millət kimi yenidən qurulmasını demək olar ki, qeyri-mümkün edəcəyini iddia edib.

Tramp həmçinin Hörmüz boğazının açıq qalmasının boğazdan çox istifadə edən ölkələrə, xüsusən də Çinə "ABŞ-ın hədiyyəsi" olduğunu bildirib.

9 martda Prezident Tramp CBS News-a bildirib ki, "Bəzi gəmilər hazırda (Hörmüz boğazından) keçir, amma mən boğaza nəzarəti ələ keçirməyi düşünürəm".

Trampa cavab olaraq, İran İnqilab Keşikçiləri Korpusu İsrail və ABŞ səfirlərini qovacaq hər hansı bir ərəb və ya Avropa ölkəsinin bu gündən etibarən Hörmüz boğazından keçməsinə icazə veriləcəyini açıqladı.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)