“PAŞA Bank”da yeni təyinat
“PAŞA Bank” ASC-yə yeni Baş əməliyyat direktoru təyin edilib.
Məlumata görə, Fərid Cəfərov “PAŞA Bank” ASC-də Baş əməliyyat direktoru (COO) vəzifəsinə təyin edilib.
O, 2025-ci ilin iyul ayından bu təyinata kimi “PAŞA Bank”da Məhsul idarəetməsi üzrə aparıcı direktor, 2024-cü ilin yanvarından 2025-ci ilin iyul ayına kimi isə Əməliyyatlar üzrə aparıcı direktor kimi vəzifələrdə çalışıb.
Fərid Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2000–2004-cü illərdə Bank işi və maliyyə təminatı xidmətləri ixtisası üzrə bakalavr, 2004–2006-cı illərdə isə magistr təhsili almışdır.


















