BİZNES

"Yüksəliş"in qalibinə “AzərGold”da vəzifə verildi

"AzerGold" QSC-də yeni təyinat olub.

Məlumata görə, Beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Nağıyev şirkətdə Risklərin idarə edilməsi və Daxili Nəzarət Departamentinin müdiri vəzifəsinə təyin olunub.

Bildirək ki, Orxan Nağıyev 2024-cü ildən "AzərGold" QSC-də fəaliyyət göstərir. Belə ki, o, 2024-cü ildə şirkətin Risklərin idarə edilməsi və daxili nəzarət şöbəsində müdir müavini vəzifəsində çalışıb.

Bakalavr təhsilini  2009-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında başa vurub, magistr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biznesin idarə edilməsi ixtisası üzrə alıb. 

Qeyd edək ki, o, Azərbaycan, ingilis və rus dillərini bilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)