Gündəm

Kəmaləddin Heydərovun 3 müavini işdən çıxarıldı

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.

Müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.

Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)