Bu bank bu il ödəyəcəyi dividendin məbləğini açıqlayıb - RƏQƏMLƏR
PAŞA Bank" ASC ötən ilin maliyyə nəticələri əsasında bu il səhmdarlarına 129 milyon manat dividend ödəməyi planlaşdırır.
ENA.az xəbər verir ki, bunu Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum hər il xalis mənfəətinin azı 30-40 %-ni dividend kimi ödəməyi öhdəlik götürsə də faktiki olaraq bu rəqəm 50-70 % arasında olub.
Xatırladaq ki, "PAŞA Bank" 2025-ci ili 148,896 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 29,3 % azdır.


















