Azərbaycanda əhalinin qaz istifadəsi azalıb
Azərbaycanda 2025-ci ildə ölkə üzrə təbii qazın istehlakı 13 milyard 240 milyon 554 min 327 kubmetr təşkil edib.
SOCAR-ın 2025-cü ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə görə, təbii qaz istehlakı 2024-cü ilin nəticələri ilə müqayisədə 3,1 % azdır.
"Ölkə daxilində təbii qaz sərfiyyatının azalmasına səbəb elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının artmasıdır", - SOCAR bildirir.


















