Yeni sədr kimdir? - DOSYE
Məlum olduğu kimi, bu gün Dövlət Statistika Komitəsinə sədr təyinatı olub.
Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə Azər İsmayıl oğlu Mursaqulov gətirilib.
Yeni sədrin dosyesini təqdim edirik:
Azər Mursaqulov 1981-ci ildə anadan olub. O, 2003-cü ildə Türkiyənin Boğaziçi Univesitetindən məzun olub. ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2010-2012-ci illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun baş qərargahında fondun icraçı direktorunun müşaviri işləyib.
2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2019-cu ildən indiyə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini icra edib.
Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvüdür.


















