TURİZM

Azərbaycanda iki turistin yemək xərci Türkiyədən 40% bahadır

Turistlərin qiymətlərlə bağlı çox istifadə etdiyi internet portallardan biri iki nəfərin restorandakı nahar qiymətlərini araşdırıb və bununla bağlı dünya ölkələrinin renkinqini hazırlayıb.

"Businessinsider.az" xəbər verir ki, Regionun turistik ölkələrilə müqayisədə Azərbaycanda qiymətlər 20-40% bahadır.

Məsələn, orta səviyyəli restoranda 2 nəfərin 3 növ yemək yeməsi üçün Azərbaycanda 23.5 dollar tələb edilir - hazırkı məzənnə ilə 40 manat (1 nəfər üçün 20 manat).

Eləcə də bax: AzTA sədri: Ərəb turistləri itirdik

Həmin göstərici Gürcüstanda 18.7 dollardır, yəni bizdən təxminən 20% ucuzdur. Türkiyədə  isə bu göstərici 14.7 dollardır, bizdən təxminən 40% ucuzdur.

Ümumilikdə sayt 86 ölkənin reytinqini hazırlayıb. Bu sıralamada Azərbaycan 55-ci, Gürcüstan 69-cu, Türkiyə 77-ci yerdədir. Turistlər üçün ən bahalı menyu İsveçrə və İslandiyadadır, burada iki nəfərlik yemək 98-99 dollara başa gəlir.

Ümumi siyahı ilə buradan tanış ola bilərsiniz.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department