Sosial iqtisadiyyat

2027-yə qədər 10 stansiya? - Yeraltı optimizm, yerüstü reallıq

Bu yaxınlarda rəsmən səsləndi ki, 2027-ci ilə qədər Bakıda 10 yeni metro stansiyası tikilməlidir. Reallıqda isə bu 10 stansiyadan yalnız birində tikinti gedir, qalan 9-u hələ layihə mərhələsindədir.

Bir az riyazi hesablama aparaq, elə də çətin deyil: Metro stansiyası layihə mərhələsindədirsə, onun tikintisi ən yaxşı halda 3-5 il, reallıqda isə 7–8 il çəkir. Bu da o halda ki, indiki vəziyyətdən fərqli olaraq pul problemi ümumiyyətlə yoxdur.

Gələk xərclərə! Metro tikintisi dünyada minimum 100 milyon dollar/km başa gəlir.

10 stansiya × təxminən 3 km × 100 milyon = 3 milyard

Stansiyaların özü: 10 × 50 milyon = 500 milyon

Cəmi: 3,5 milyard dollar

İndi əsas sual: Dövlətin investisiya büdcəsində belə pul varmı? – Yox, çünki əsas vəsait Qarabağın bərpasına yönəlib.

Bəs borc götürsə? Borc gəlir gətirən layihələr üçün alınmalıdır.

Metro isə…

– gəlir gətirmir,

– dotasiya ilə yaşayır,

– yumşaq desək, maliyyə baxımından “çətin vəziyyətdədir”.

Yəni 2027-yə qədər 10 stansiya?!

Kağız üzərində – mümkündür.

Yer altında – çox çətin.

Reallıqda isə… demək olar ki, mümkün deyil.

Amma plan gözəldir. Şəkildə yaxşı görünür.

Metronun özü kimi: xəritədə var, həyatda gecikir! 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)