Avtomobil

Tesla, Model S və Model X' avtomobillərinin istehsalını dayandırır

Tesla şirkətinin baş direktoru Elon Musk şirkətin bu il Model S və Model X elektrik avtomobillərini tədricən dayandıracağını açıqladı.

Musk izah etdi ki, Kaliforniyadakı Fremont fabriki avtomobil istehsalı müəssisəsindən humanoid robotlar istehsal edən zavoda çevriləcək.

İnvestorlar və Wall Street analitikləri ilə görüşdə çıxış edən Musk, bu qərarın Teslanın robotaksi və humanoid robotlara yönəlmiş yeni strategiyasının bir hissəsi olduğunu bildirdi. "Biz gələn rübdə Model S və Model X istehsalını azaltmağı və mahiyyət etibarilə dayandırmağı planlaşdırırıq", - deyə Musk bildirib və mövcud istifadəçilərə texniki dəstəyin davam edəcəyini əlavə edib.

Musk əlavə edib ki, "Bu, bir az kədərlidir, amma S və X proqramlarına son qoymağın vaxtıdır. Bu, yeni gələcəyə keçidimizin bir hissəsidir".

2012-ci ildə satışa çıxarılan Model S və 2015-ci ildə təqdim edilən Model X, elektrikli nəqliyyat vasitələrinin əsas axına çevrilməsində və Teslanın qlobal artımının sürətləndirilməsində mühüm rol oynayıb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)