ASB Bankın aktivləri artıb. Nəyin hesabına?
Bİ.az bankın mənfəət və zərər hesabatına istinadən xəbər verir ki, bank verdiyi kreditlər üzrə 18milyon 502 min manat faiz gəlirləri əldə edib. Bankın depozit də daxil olmaqla faiz xərcləri 9 milyon 947 min manat təşkil edib. Göründüyü kimi, faizlər üzrə gəlirləri xərclərini təxminən 2 dəfə üstələyir.
Qeyri-faiz gəlirləri 4 milyon 944 min manat, qeyri-faiz xərcləri isə 8 milyon 419 min manat olub. Təbii ki, qeyri-faiz xərclərində personalın saxlanması və digər mühüm xərclər öz əksini tapır.
ASB Bank gəlirlərindən 762 min manatını xüsusi ehtiyatlara ayırıb.
Bank qazandığı pulun 1 milyon 136 min manatını mənfəət vergisi şəklində büdcəyə ödəyib.
Nəticədə Azərbaycan Sənayə Bankı 2018-ci ilin üçüncü rübünü 4 milyon 705 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 2% artım deməkdir.
Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 1 milyard 7 milyon 197 min manata yüksəlib.
Aktivlərdə əsas maddə kreditlər sayılsa da bu artım kredit portfeli ilə bağlı deyil. Çünki bankın müştərilərə verdiyi kreditin həcmi bir illik müqayisədə 5,4% azalaraq 286 milyon 997 min manata düşüb.
Artımın əsas səbəbi odur ki, ASB Mərkəzi Bankdakı müxbir hesabına qismən azaldaraq, başqa banklardakı nastro hesablarının həcmini 18 milyon manatdan 40 milyon manatadək yüksəldib. Üstəlik, nağd vəsaitlərin həcmində də artım var və hazırki rəqəm 12 milyon 379 min manatadək artıb.
Bankın depozit portfeli 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 12% artaraq 684 milyon 63 min manat olub. Bankın öhdəlikləri 911 min 967 manat olub.
Azərbaycan Sənayə Bankı”nın 2018-ci ilin 30 sentyabr tarixinə nizamnamə kapitalı 60 milyon manat, cəmi kapitalı 95 milyon 229 min manat olub.