Birja

Qızıl və gümüş bahalaşdı (05.01.2026)

Qızıl və digər qiymətli metalların qiymətləri ABŞ-nin həftəsonu Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsindən sonra artıb.

ENA.az xəbər verir ki, geosiyasi gərginliyin kəskinləşməsi fonunda investorların “təhlükəsiz sığınacaq” aktivlərinə tələbi yüksəlib.

Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.99% artaraq 4416 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 5.90% bahalaşaraq 75.20 ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)