Bank

AccessBank “Qızıl Şans” lotereyasının ikinci tirajının qaliblərini elan etdi

AccessBank “Qızıl Şans” lombard lotereyasının ikinci tirajının qaliblərini açıqlayıb. Tiraj 26 dekabr tarixində saat 15:00-da Bankın Baş Ofisində (Tbilisi prospekti 3) keçirilib və AccessBank-ın rəsmi Facebook və YouTube hesabları vasitəsilə canlı yayımlanıb.

“Qızıl Şans” lombard lotereyasının şərtləri ilə bu linkdən tanış olmaq mümkündür:
https://www.accessbank.az/az/g/lombard/qizilshans/

Bu dəfə lotereyada 6 000-ə yaxın müştəri iştirak edib (birinci tirajda isə təxminən 3 000 müştəri iştirak edib). Lotereyanın şərtlərinə əsasən, ikinci tirajda yalnız 16 avqust – 19 dekabr 2025-ci il tarixləri arasında lombard krediti rəsmiləşdirən müştərilər iştirak ediblər. Birinci tirajda isə 17 aprel – 15 avqust 2025-ci il tarixləri arasında lombard krediti rəsmiləşdirən müştərilər iştirak edib.

Hər 1 000 AZN məbləğində lombard krediti üzrə müştərilərə 1 iştirak hüququ verilib. Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən edilib. “Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasının şərtlərinin 9-cu bəndinə edilən dəyişikliyə əsasən, qaliblər “.Net” proqramı vasitəsilə seçilib.

Qaliblərin siyahısını təqdim edirik:

LD2528274145 R******* G******* S**** 10 qr
LD2530457178 M********** S***** Z**** 10 qr
LD2526803114 İ***** M**** S***** 10 qr
LD2531690496 S******* S***** Z**** 10 qr
LD2528103919 S******* S**** Ə**** 10 qr
LD2519728198 M******** G**** S**** 10 qr
LD2528952380 Q******* A*** İ***** 20 qr
LD2521072590 İ***** T**** İ**** 20 qr
LD2530728918 M******* S***** M******* 20 qr
LD2531686010 H******** V*** B******* 30 qr
LD2530000207 Ə******* İ***** F******** 30 qr
LD2529790065 B******* C****** İ**** 50 qr

Qalibləri təbrik edir, “Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasında iştirak edən bütün müştərilərimizə təşəkkür edirik.

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (FacebookInstagramLinkedIn) müraciət edə bilərsiniz.  

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)