Azərbaycanda süd məhsullarının istehsalçılarına subsidiyalar veriləcək
Azərbaycanda heyvandarlıq sektorunda istehsal xərclərinin azaldılması məqsədilə süd məhsulları üzrə subsidiyaların verilməsi planlaşdırılır.
Bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyevin sözlərinə görə, aidiyyəti qurumlarla aparılan ilkin müzakirələr nəticəsində 2026-cı ilin əvvəlindən süd məhsulları istehsalçılarına məhsul subsidiyasının verilməsinə başlanılması razılaşdırılıb: "Subsidiyalar əsasən iri, tam dövriyyəli heyvandarlıq təsərrüfatlarında istehsalat xərclərinin qismən kompensasiya olunmasına yönələcək və sektorun maliyyə dayanıqlığını artıracaq".


















