Azərbaycanın ixrac etdiyi neft 18 faiz ucuzlaşıb, qaz isə 12 faiz bahalaşıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 70 ABŞ dolları, təbii qazın min kubmetrinin qiyməti isə 294 ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının Samir Nəsirov qeyd edib ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % az və 12 % çoxdur.


















