Azərbaycanın tədiyyə balansında 1,1 milyard dollarlıq kəsir yarandı
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,1 milyard ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirovun sözlərinə görə, ötən ilin eyni dövründə tədiyyə balansında 0,2 milyard ABŞ dolları profisit olub.
"Biz bir çox hallarda tədiyyə balansına makroiqtisadi dayanıqlılığın əsas aləti kimi baxırıq. 9 ay ərzində tədiyyə balansı beynəlxalq əmtəə, fond və valyuta bazarlarındakı dəyişikliklərdən təsirlənib", - deyə o qeyd edib.
















