İnşaat və əmlak

Güzəştli mənzil satışında dəyişməyən ssenari: 5 saniyə ümid, 30 saniyəyə “bitdi” mesajı

MİDA yenə güzəştli mənzilləri satışa çıxartdı və yenə ilk 5-ci saniyədən sonra ekran ağardı: “SORĞUNUZU YENİDƏN TƏKRARLAYIN”. İstifadəçilərin kütləvi etirazları axışdı “Sistem çökdü!”. Niyə axı sistem çökür, bəlkə sistem çökmür, hansısa əvvəlcədən məlum İP-lərdən daxil olanlara mənzilləri götürmək üçün imkan yaradılır?

Bugün MİDA-nın güzəştli mənzil satış sistemi yenidən fəaliyyətə başladı. Biz də böyük ümidlərlə, saatlarla gözləmişdik ki, bəlkə bu dəfə sistem bir az insafa gələcək və bu dəfə sistem çox yüklənib, sistem “çöküb” kimi hallarla artıq qarşılaşmayacağıq. Amma yox… Sistem yenə də öz klassikasında, öz ampulasında idi: sistem bir an belə tərəddüd etmədən, sanki “özümüzünkülər yoldadır, sizlik deyil” mesajı verirmiş kimi bizi kənara atdı.

Ekran yoxa çıxdı. Yerinə açıq yaşıl fonda bircə cümlə: “Sorğunuzu yenidən təkrarlayın.”

Biz təkrar daxil olmağa çalışdıq — çünki insan ümidlə yaşayan varlıqdır — amma bu dəfə sistem bizə daha romantik bir mesaj verdi:

“Hal-hazırda axtardığınız parametrlər üzrə mənzil satışda mövcud deyil.”

Üstəlik “Sorğunuzu yenidən təkrarlayın.” Ekrandan birdən atılmaq da maraqlı hissdir. İnsanda elə təəssürat yaranır ki, sistem hardasa arxa planda qərar verib: “Bunlar normal istifadəçidir, çox da uzatmayaq, çıxaraq.”

Nəticədə vətəndaş 5 saniyə sistemlə mübarizə aparır, sistem isə 30 saniyəyə nəticəni bəyan edir: “Sən gecikdin, mənzillər gedib.”

Beləliklə, MİDA sistemi bu gün də bizi bir daha inandırdı ki: Texnologiya doğrudan da inkişaf edir — sadəcə əyri güzgüdə.

MİDA-ya müraciətlə, fəlsəfə elmləri doktoru Gülnarə Hüseynova

TEXNİKİ ANALİZ (ilkin ehtimallar əsasında)

Bu satışların necə keçirildiyi haqqında informasiya texnologiyalarının peşəkarlarının bir neçə versiyası var və ENA.az olaraq biz bu versiyaları yazmamaq qərarına gəldik, çünki kifayət qədər ziddiyyətli və böyük ittihamlar olardı. Lakin prosesin texniki cəhətdən necə olduğunu ChatGPT-yə yazdıq və onun texniki analizini diqqətinizə çatdırırıq.

Birdən açılan “Sorğunuzu təkrar edin” səhifəsi: Server-side queue manipulation (prioritetli sorğulara üstünlük verilməsi)

Texniki olaraq sistemdə belə mexanizmlər ola bilər:

- bəzi IP-lərin və ya sessiyaların prioritetlə işlənməsi;

- müəyyən istifadəçilərin sorğularının server tərəfindən daha tez qəbul edilməsi.

Siz forma doldurarkən sistem sizi sıradan çıxarırsa, bu, serverin daxilində “yenidən yönləndirmə filtri”nin işə düşdüyünü göstərə bilər.

Xanaları doldurmağa macal tapmadan mənzillərin “bitməsi”

Əgər geri sayım bitəndən sonra 5–10 saniyə ərzində ekran yox olur və 20–30 saniyə sonra artıq “axtarışa uyğun mənzil qalmayıb” yazılırsa:

a) Sistem əməliyyatları real vaxtda deyil, öncədən yönləndirilir.

Bəzi dövlət və ya özəl elektron sistemlərdə “lotereya” və ya “ön seçim” alqoritmi real seçimdən dəqiqələr və ya saniyələr əvvəl müəyyən nəticələri müəyyən edir.

Bu halda sizin real klik etməniz prosesə təsir etmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)