MALİYYƏ

“İstənilən ölkəni araşdırsınlar, gəlir vergisi 3% olanı tapırlarsa...”

“Müddətli vergi güzəşti 1 yanvarda bitirdi. Nə baş verəcəkdi? 2500 manata qədər aylıq gəliri olan şəxslər 14%, 2500 manatdan yüksək gəliri olanlar isə 25% gəlir vergisi ilə vergiyə cəlb olunacaqdı”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Lakin Azərbaycan hökuməti özəl sektorun, xüsusilə qeyri-neft sahəsinin inkişafını nəzərə alaraq, yeni güzəştli rejim təqdim edir. Artıq güzəştli rejim olaraq yox, daimi rejim olaraq bu dərəcələri 50% aşağı salırıq. Yəni 14%-lik rejimi 7%-ə salırıq. Bundan əlavə, bu keçid mərhələli şəkildə həyata keçiriləcək. 2026-cı ildə əhalinin böyük əksəriyyətini əhatə edən aylıq gəliri 2500 manata qədər olan işçilərin ödəyəcəyi vergi 3% olacaq. Mən deputatlar, ekspertlərə çağırış edirəm ki, istənilən ölkələrin rejimini araşdırsınlar və neçə gəlir vergisi 3% olan ölkə tapırlarsa, qeyd etsinlər. Bunun özü də çox böyük güzəştdir”, - deyə nazir qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)