MALİYYƏ

Maliyyə Nazirliyinin tabeliyindəki qurumda dəyişikllik oldu

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Maliyyə Nazirliyinin tabeliyində olmayan qurumlar” siyahısında dəyişiklikləri təsdiqləyib.

ENA.az xəbər verir ki, Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, “Məlumat-Hesablama Mərkəzi Rəqəmsal Maliyyə Mərkəzi” MMC adı altında fəaliyyət göstərəcək.

Qərarın məqsədi dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanı sürətləndirmək, elektron xidmətləri genişləndirmək və yeni funksional tələblərə uyğun struktur yaratmaqdır. Dəyişikliklər “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin inkişafı, dövlət orqanları arasında maliyyə sənədlərinin elektron mübadiləsi, elektron dövlət satınalmaları və informasiya təhlükəsizliyi standartlarının tətbiqini əhatə edir.

Yeni struktur maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik və inteqrasiya olunmuş idarə edilməsini təmin edəcək, dövlət maliyyəsinin şəffaflığı və səmərəliliyinə töhfə verəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)