Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ
6 mart 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101073S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 673 milyon 953 min manat olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%), orta ölçülmüş qiyməti 99.4388 AZN (7.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 03.04.2019