Gündəm

Ermənistan Dubay Hava Şousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır

Ermənistan Dubay Beynəlxalq Hava Şousunda Hindistan istehsalı olan qırıcı təyyarənin qəzasından sonra 1,2 milyard dollar dəyərində 12 Tejas döyüş təyyarəsinin alınması ilə bağlı Hindistanla danışıqları dayandırıb.

Bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Məlumata görə, Ermənistandakı mənbələr bildiriblər ki, qəza görüntüləri bütün proqramın dərhal texniki baxışdan keçirilməsinə səbəb olub.

Qeyd edək ki, “Tejas” təyyarəsinin inkişafı 1982-ci ildən davam edir və bu təyyarələr Hindistan Hərbi Hava Qüvvələrindəki köhnəlmiş MiQ-21 qırıcılarını əvəzləmək məqsədi daşıyır. Hazırda ilk partiyadan yalnız 40 təyyarə təhvil verilib və Qərb sistemləri ilə təchiz olunmuş təkmilləşdirilmiş A1 versiyasının istehsalı davam edir. Ermənistanla razılaşma təyyarənin ilk ixrac müqaviləsi olacaqdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)