“SOCAR Georgia”nın rəhbərliyində təyinat olub
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcütsandakı törəmə şirkəti “SOCAR Georgia”nın rəhbərliyində mühüm təyinat olub.
Məlumata görə, Fuad Əhmədov “SOCAR Energy Georgia”nın Baş direktorun Maliyyə üzrə müavini təyin edilib.
Buna qədər qeyd edilən vəzifədə Rüfət Həsənov çalışıb. R.Həsənov 2025-ci ilin oktyabrından “SOCAR Türkiye”də Baş maliyyə inzibatçısı təyin edilib.
F.Əhmədov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcələrinə malikdir.
O, peşəkar fəaliyyətinə 2006-cı ildə yerli kommersiya bankında Xəzinədarlıq üzrə mütəxəssis kimi başlayıb. Karyerası dövründə “Ernst & Young” şirkətində auditor və konsultant kimi çalışıb, həmçinin telekommunikasiya, logistika və infrastruktur sektorlarında Maliyyə direktoru vəzifələrini icra edib.
2023-cü ildən etibarən Fuad Əhmədov SOCAR vitse-prezidentinin müşaviri kimi fəaliyyət göstərib, 2025-ci ildə isə “SOCAR Energy Georgia” şirkətinə Maliyyə direktoru təyin olunub.


















