Kiberpolis əməliyyatlar keçirib
Kiberpolis qanunsuz onlayn qumar oyunlarında aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib.
Bu barədə Kiberpolisdən məlumat verilib.
Bildirilib ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər.
"Pinup", "Mostbet", "Xbet", "Chcplay", "Fastloto" və digər bu kimi qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib.
Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

















